Modern.az

Əsəbləşən kişi özünü bıçaqladı

Əsəbləşən kişi özünü bıçaqladı

Aktual

30 Oktyabr 2018, 21:32

Tovuz rayon sakini özünü bıçaqlayıb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində baş verib.

 

Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Rəhimov Tahir Məhəmmədəli oğlu qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Araşdırmalar zamanı T.Rəhimovun əsəbiləşərək özünü bıçaqladığı məlum olub.

 

Faktla bağlı araşdırmalar davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı