Modern.az

Qurban Qurbanov: “Ancaq qorxaqlar belə hərəkət edirlər”

Qurban Qurbanov: “Ancaq qorxaqlar belə hərəkət edirlər”

Aktual

14 Dekabr 2018, 08:44

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AvroLiqanın qrup mərhələsinin sonuncu turunda "Arsenal"la oyunun artırma dəqiqələrində baş vermiş insidentə münasibət bildirib.

Modern.az-ın klubun saytına istinadən verdiyi xəbərə görə, 46 yaşlı mütəxəssis azarkeşlərdən birinin meydana əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutaraq çıxması ilə bağlı deyib:

"Bu haqda çox danışmaq istəmirəm, sadəcə qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı