Modern.az

UEFA Ermənistan Futbol Federasiyasını cərimələndi

UEFA Ermənistan Futbol Federasiyasını cərimələndi

Aktual

14 Dekabr 2018, 21:15

UEFA Ermənistan Futbol Federasiyasını 18 min avro məbləğində cərimələyib. Modern.az "Report"a  istinadən xəbər verir ki, buna Ermənistan yığmasının azarkeşlərinin UEFA Millətlər Liqasının III turunda evdə Cəbəllütariqlə matçda etdikləri qeyri-etik hərəkətlər səbəb olub. Fanatlar sözügedən qarşılaşmada meydana yad əşyalar atıb və tribunada insident törədiblər.

 

Qeyd edək ki, görüş Cəbəllüttariqin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu yığmanın tarixində ilk rəsmi qələbəsi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...