Modern.az

Gələn il üçün rəsmi bayram günləri açıqlandı - SİYAHI

Gələn il üçün rəsmi bayram günləri açıqlandı - SİYAHI

Current

20 Dekabr 2018, 18:55

Dekabrın 19-da Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında sərəncam verib.

 

Modern.az xəbər verir ki, sərəncamı Baş nazir Novruz Məmmədov imzalayıb.

 

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən, 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6-sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək qeyri-iş günü hesab olunsun”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı