Modern.az

Ağstafa Yeni il bayramına hazırlaşır - FOTOLAR  

Ağstafa Yeni il bayramına hazırlaşır - FOTOLAR   

Aktual

21 Dekabr 2018, 13:04

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar olaraq 24 - 31 dekabr 2018-ci il tarixlərində Ağstafa rayon İcra hakimiyyətinin  dəstəyi və Ağstafa Aqrar Sənaye kompleksinin təçkilatçılığı iləAğstafa rayon sakinləri üçün möhtəşəm “ Qış yarmarkası”nın son tamamlanma işləri uğurla həyata keçirilir. Yarmarkada 24 dekabr tarixində  konsert proqramı ilə start veriləcək.


Səhnədə tanınmış incəsənət nümayəndələri – Gülyaz və Gülyanaq, Damla, Namiq Qaraçuxurlu, Sevil-Sevinc bacıları, Maestro Ceyhun,  AASK rəqs qrupu, Şeron qrupu, Zakir Əliyev, Samir Cəfərov çıxış edəcəklər. Bundan əlavə 7 gün boyunca  axşam saat 17:00 dan - 22:00 dək uşaq və yeniyetmələrin asudə vaxtlarını daha mənalı keçirtmək üçün yeni il proqramları  və fast-food tipli xidmətlər göstəriləcək.


“Qış Yarmarkası” boyunca hər gün  incəsənət nümayəndələrinin çıxışları, milli rəqs qruplarının   ifaları, regionun ənənəvi saz ustalarının çıxışları  bayram çoşqusunu daha da artıracaq. 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...