Modern.az

Nazirlikdən Şamaxı xəstəxanasına yerləşdirilənlər haqda AÇIQLAMA: “Beyninə qan sızıb, dili tutulub...”

Nazirlikdən Şamaxı xəstəxanasına yerləşdirilənlər haqda AÇIQLAMA: “Beyninə qan sızıb, dili tutulub...”

Aktual

6 Fevral 2019, 09:28

Dünən gecə Şamaxı Mərkəzi Xəstəxanası gücləndirilmiş rejimdə fəaliyyət göstərib, 6 təcili tibbi yardım briqadası işləyib.

Bu barədə Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.

P.Əbubərikov qeyd edib ki, hadisə nəticəsində gecə saatalrında təcili yardıma 30 müraciət daxil olub:

“3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Onlardan bir nəfərə qolun sınığı, iki nəfərə ayaqların əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara Travmatologiya şöbəsində lazımi yardım göstərilib”.

Nazirlik rəsmisinin sözlərinə görə, digər çağırışlar həyəcandan təzyiqi qalxanlar tərəfindən olub:

“Onlara da xəstəxananın terapeya şöbəsində lazımi yardım edilib. Bir cavan oğlanın qorxudan dili tutulub. Onun da göstərilən yardım nəticəsində səhərə yaxın dili açılıb və evinə buraxılıb. Təzyiqi qalxanlardan 58 yaşlı kişinin vəziyyəti ağırdır. Yüksək təzyiq nəticəsində onun beyninə qan sızıb, hazırda reanimasiya şöbəsindədir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı