Modern.az

Kənd təsərrüfatı texnikalarının güzəştli satışı ilə bağlı YENİLİK

Kənd təsərrüfatı texnikalarının güzəştli satışı ilə bağlı YENİLİK

Aktual

6 Fevral 2019, 12:54

Fevralın 15-dən kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanacaq.

 

Bu barədə Modern.az-a Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib.

V.Hüseynov bildirib ki, artıq fermerlər müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə “Aqrolizinq”dən deyil, bütün təchizatçı şirkətlərdən ala biləcəklər:

“Texnikanın gömrük dəyərinin 20 faizini ilkin ödəniş olaraq fermer, 40 faizini isə subsidiya (güzəşt) şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək.
Qiymətin qalan hissəsi bankda maksimum 5 il müddətinə kredit şəklində rəsmiləşdiriləcək”.

 

Şöbə müdiri qeyd edib ki, kredit faizlərini fermer deyil, dövlət ödəyəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı