Modern.az

Azərbaycandakı zəlzələ bu yollarda çatlar əmələ gətirdi - FOTOLAR  

Azərbaycandakı zəlzələ bu yollarda çatlar əmələ gətirdi - FOTOLAR   

Aktual

7 Fevral 2019, 10:17

5 yanvar tarixində gecə saatlarında Azərbaycan ərazisində baş vermiş 6 ballıq zəlzələ zamanı bəzi yollarda çatlar əmələ gəlib.

Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

A.Nəcəfli qeyd edib ki, Bakı-Şamaxı-Yevlax magistral yolunun Şamaxı şəhəri ərazisinə düşən hissəsində 4-5 yerdə çat əmələ gəlib:

"Pirqulu-Dəmirçi və Qızmeydan yollarında bir-neçə yerdə çatlar və sürüşmələr, həmçinin Muğanlı-İsmayıllı yolunda da bir-neçə yerdə çat yaranıb".

Onun sözlərinə görə, hazırda həmin yollara baxış keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı