Bir qədər əvvəl Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün üzərində 49 nömrəli müntəzəm marşrut xətti üzrə (Bakıxanov – “28 May” metrostansiyası) hərəkət edən avtobusda yanğın hadisəsi olub.
Bu barədə Modern.az-a BNA-nın mətbuat katibi Mais Ağayev bildirib. O qeyd edib ki, məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal araşdırma aparılıb:
"Müəyyən edilib ki, hadisə xətdə olan zaman nasazlıq yarandığından istehsalat bazasına geri qayıdan avtobusda baş verib. Mühərrik hissəsində qısaqapanma olub".
Onun sözlərinə görə, hadisə zamanı avtobusda sərnişin olmayıb.