Modern.az

“Srebrenitsa anaları” Şəhidlər xiyabanında - FOTOLAR

“Srebrenitsa anaları” Şəhidlər xiyabanında - FOTOLAR

Aktual

24 Fevral 2019, 10:59

Azərbaycanda səfərdə olan “Srebrenitsa anaları” Hərəkatının üzvləri Bakıda Şəhidlər xiyabanını ziyarət ediblər.

 

Modern.az xəbər verir ki, “Srebrenitsa anaları” Hərəkatının üzvləri və Parlement Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı şəhidlərin məzarını ziyarət edib, qəbirlərinin üstünə qərənfillər qoyublar.

"Srebrenitsa Anaları" Hərəkatının prezidenti Munira Subaşiç bildirib ki, gördükləri onu dəhşətə gətirib. O, Azərbaycanın dərdini, azərbaycanlıların faciəsini öz faciələri kimi bütün görüşlərində dilə gətirəcəyini vurğulayıb.

Qeyd edək ki, "Srebrenitsa Anaları" Hərəkatının üzvləri Parlament Jurnalistləri Birliyinin və Milli Məclisin deputatı, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin təşəbbüsü ilə Azərbaycana gəliblər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı