Modern.az

Yasamaldakı yanğında 3 aylıq körpə də zəhərləndi

Yasamaldakı yanğında 3 aylıq körpə də zəhərləndi

Aktual

25 Fevral 2019, 15:10

Bu gün Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. 
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. İlkin məlumata əsasən, yanğın binadakı elektrik kabellərində tüstülənmədən yaranıb. 



Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a bildirib ki, yanan binadan təxliyə edilən 14 nəfərə ilkin tibbi yardım göstərilib.

 

Səfayə Əhmədovanın sözlərinə görə, 5 uşağa və 6 böyüyə yerində yardım göstərilib: “3 aylıq körpə, 26 və 53 yaşlı iki qadın, 43 yaşlı kişi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib vəziyyətləri orta ağırdır”.

Nazirlik rəsmisinin verdiyi məlumata görə, Kliniki Tibbi Mərkəzin Toksiokologiya şöbəsinə yerləşdirilən 4 xəstə lazımi müayinədən sonra evə buraxılıblar.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı