Modern.az

Sürücülərin NƏZƏRİNƏ: Bu ərazidə işıqforun iş rejimi dəyişdi

Sürücülərin NƏZƏRİNƏ: Bu ərazidə işıqforun iş rejimi dəyişdi

Aktual

25 Fevral 2019, 17:31

Paytaxtın akının Hüseyn Cavid prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində yerləşən işıqforun iş rejimində dəyişiklik edilib.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat  Agentliyindən (BNA) bildirilib.

Rəsmi məlumata görə, bundan sonra kəsişmədə H.Cavid prospektindən sağa gedən nəqliyyat vasitələri düzünə istiqamətlənən nəqliyyat vasitələri ilə eyni vaxtda hərəkət edə biləcəklər. 

Dəyişiklik, vətəndaşların BNA-ya ünvanladığı çoxsaylı müraciətlər nəzərə alınaraq edilib və yol hərəkətinin təşkilinin səmərəliliyinin artırılması məqsədi daşıyır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı