Modern.az

“Problemin həllində I Vitse-Prezident Mehriban Əliyevanın böyük rolu oldu”

“Problemin həllində I Vitse-Prezident Mehriban Əliyevanın böyük rolu oldu”

Aktual

1 Mart 2019, 16:41

“Hazırda problemli kreditlərlə bağlı məhkəmələrdə 850 min iş var”.

Moden.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Real TV-yə müsahibəsində bildirib.

E.Rüstəmov qeyd edib ki, ümumilikdə işlərin hamısı vətəndaşlara aid deyil:

“Məhkəmə işlərinin yarısından çoxu məhz fiziki şəxslərin problemli kreditlərilə bağlıdır. Məsələnin miqyası həddindən böyükdür. Məhz onun həllində I Vitse-Prezident Mehriban Əliyevanın böyük rolu oldu”.

 

Baş bankir bildirib ki, İlham Əliyev problemə yanaşmanın xüsusi prinsipləri müəyyənləşdirib:

“Ölkə başçısının problemin həllindən gözləntiləri bizim işimizi çox asanlaşdırdı. Bu işin çox ciddi kollegial müzakirəsi aparıldı. Vergilər naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, onun köməkçisi Əli Əsədov iştirak edirdi. Çox geniş çevrədə dinamik şəkildə təşkil olunan müzakirələrin  nəticəsi də göründü”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı