Modern.az

Nazir : “İslahatların məqsədi iş yerlərinin azaldılması deyil”

Nazir : “İslahatların məqsədi iş yerlərinin azaldılması deyil”

Aktual

5 Mart 2019, 14:34

"Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə son görüşündə səsləndirdiyi fikirlər mədəniyyət sahəsində islahatları sistemli şəkildə görmək istədiyinin bariz nümunəsi idi".

 Modern.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, mədəniyyət sahəsində son illər islahatlar davam edir:

"Ölkə başçısı bu sistemin yeni formatda olmasını istəyir. Son iki ildə kifayət qədər eksperimental da olsa, vacib işlərin görülməsinə nail olunub.

İslahatların məqsədi kiminsə işdən çıxarılması, iş yerlərinin sayının azadılması ilə bağlı deyil. Kim bu düşüncədədirsə, yanlış düşünür. Region qurumları bu islahatların daha geniş aparılması ilə bağlı özündə güc tapıb. Cənab Prezidentin verdiyi növbəti qərar bu islahatların aparılması ilə bağlıdır.

Sərəncamda ciddi yazılmış tapşırıqlar var. O vaxtdan etibarən ciddi təhlillərə başladıq. Nazirliyə və digər qurumlara tapşırıqlar verilib. Artıq ötən ilin ortalarında bizim nazirliklə Avropa İttifaqı arasında imzalanmış müqaviləyə əsasən tvininq proqramı həyata keçirildi”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı