Modern.az

Əbülfəs Qarayev Tahir İmanova cavab verdi: “Özəl telekanallara qarışa bilmərik”

Əbülfəs Qarayev Tahir İmanova cavab verdi: “Özəl telekanallara qarışa bilmərik”

Aktual

5 Mart 2019, 14:55

“Tahir İmanov və "Parni iz Baku" kollektivinin fəaliyyəti Mədəniyyət Nazirliyinin nəzərində idi. Dövlət tərəfindən onlara heç bir məhdudiyyət qoyulmamışdı. Özəl televiziyaların fəaliyyətinə gəlincə, onların işinə müdaxilə edə bilmərəm. Onlara yalnız tövsiyə verə bilərik".

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, T.İmanovun rəhbərlik etdiyi kollektivin konsertləri və ya proqramları mütəmadi şəkildə böyük mədəniyyət saraylarında nümayiş olunur. 

Nazir qeyd edib ki, onlar istedadlı və cəmiyyətə lazım olan gənclər kimi tanınırlar:

"Arzu edərdim ki, özəl kanallarda da səviyyəli və zəngin təcrübəyə malik olan Bədii .uralar yaradılsın. Efirlərdə əyləncə proqramları ilə yanaşı, mədəniyyəti ciddi formada təbliğ edən verilişlərə də yer ayrılmalıdır". 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı