Müsavat Partiyası martın 10-na təyin etdiyi yürüş-mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı rəsmi müraciətə baxılıb.
Modern.az-ın məlumatına görə, Bakı meriyası yürüş-mitinqə icazə verilməyib.
Müraciətdə qeyd olunurdu ki, Müsavat Partiyası martın 10-da, saat 15:00-dan 17:00-dək Azadlıq metrostansiyası yaxınlığındakı meydandan başlamaqla S. S. Axundov küçəsi ilə yürüş, sonda Dərnəgül metrostansiyası yanındakı meydanda mitinq keçirəcək.
Aksiyada “Siyasi məhbuslara azadlıq” və digər tələblər irəli sürüləcəkdi.