Modern.az

Nikaha daxil olmaq istəyən 11 nəfərdə HİV aşkarlandı  

Nikaha daxil olmaq istəyən 11 nəfərdə HİV aşkarlandı   

Aktual

6 Mart 2019, 10:19

2019-cu ilin fevral ayında nikaha daxil olmaq istəyən 10358 nəfər qan müayinəsinə cəlb olunub.

 

Bu barədə Modern.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

 

Z.Əlimirzəyeva qeyd edib ki, 204 cütlükdə talassemiya daşıyıcılığı aşkarlanıb:

“Həmçinin 11 nəfərdə HİV, 9 nəfərdə sifilis qeydə alınıb”.

Onun sözlərinə görə, 2019-cu ilin yanvar ayında müayniədən keçənlərin sayı 9779 nəfər olub:

 

“Onlardan 177 nəfərində talessimiya daşıyıcılığı, 4 nəfərində sifilis, 4 nəfərində HİV, 1 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb”.

 Direktor qeyd edib ki, 2015-ci ildən indiyədək olan dövrdə ümumilikdə  509 592 şəxs tibbi müayinədən keçib:

 

“Onlardan 18 512 nəfərdə talessemiya daşıyıcılığı, 1 728 nəfərdə sifilis, 459 nəfərdə HİV(QİÇS), 190 cütlüyün hər iksiində daşıyıcılıq aşkarlanıb”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı