Milli Məclisin növbəti plenar iclasının gündəliyi müəyyənləşib.
Modern.az-ın məlumatına görə, parlamentin martın 15-də keçiriləcək iclasının gündəliyinə 1 məsələ daxil edilib.
Bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatdır.
Qeyd edək ki, hesabatı baş nazir Novruz Məmmədov təqdim edəcək. Bu, Novruz Məmmədovun baş nazir kimi Milli Məclisə təqdim etdiyi ilk hesabatdır.