2018-ci il ərzində Xarici İşlər Nazirliyinə 22 nəfər şəxs diplomatik xidmətə qəbul olunub.
Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2018-ci il hesabatında bildirilib.
Qeyd olunub ki, 2018-ci il 10-12 iyul tarixlərində Xarici İşlər Nazirliyinin vakant attaşe ştat vahidi olan struktur bölmələrində, eləcə də diplomatik nümayəndəliklərində və konsulluqlarında inzibati-texniki, yardımçı və ştatdankənar vəzifələrdə işləyən, həmçinin təcrübə keçən şəxslərin diplomatik xidmətə qəbul olunmaları məqsədilə müsabiqə keçirilib.
Müsabiqədə 18 namizəd iştirak edib. Onların hamısı müvəffəqiyyətlə müsabiqədən keçib. Bütün namizədlərin təyinatı həyata keçirilib.