Modern.az

Məktəbə qəbul üçün elektron sistemdə gözləmə siyahısı yaradılıb

Məktəbə qəbul üçün elektron sistemdə gözləmə siyahısı yaradılıb

Aktual

7 Mart 2019, 11:47

Bu ildən etibarən məktəbə qəbul üçün mövcud olan elektron sistemdə gözləmə siyahısı yaradılıb.

Modern.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.

BŞTİ rəsmisinin sözlərinə görə,  məqsəd hər hansı səbəbə görə sorğu yerləşdirib sonradan silən boş yer üçün gözləyən digər şəxsin yerləşdirilməsinə şərait yaratmaqdır:

“Misal olaraq deyim ki, əgər yaşayış yerinə uyğun olaraq, valideyn yer seçib və sonradan başqa məktəbə övladını aparmaq istəyirsə sorğunu silir. Daha sonra növbədə olan valideyn həmin boş yer üçün gözləyirsə, sorğu silinən ilk anda növbə avtomatik olaraq gözləyən şəxsə keçir”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı