Modern.az

Türkiyə parlamenti sədrinin Bakı səfəri böyük hadisədir – Eldar İbrahimov

Türkiyə parlamenti sədrinin Bakı səfəri böyük hadisədir – Eldar İbrahimov

Aktual

7 Mart 2019, 13:53

“Çox maraqlı və işgüzar görüş oldu. Bir daha qardaşlıq ənənəsi özünü göstərdi. Türkiyə ilə Azərbaycanın yaxın münasibətləri tarixi köklərə bağlıdır. Ulu öndər Heydər Əliyev deyib ki, biz bir millət, iki dövlətik. Bu baxımdan da ikitərəfli görüşdə bir çox məsələlər müzakirə olundu. Görüş çox yüksək səviyyədə baş tutdu”.

 

Bunu Modern.az-a açıqlamasında  Azərbaycan-Türkiyə parlamentlərarası  əlaqələr üzrə  işçi qrupunun üzvü, deputat Eldar İbrahimov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyətinin  martın 6-da Azərbaycana səfərini şərh edərkən deyib.

 

Eldar İbrahimov bildirib ki, türkiyəli sədr ilk səfərini Azərbaycana edib.

 

“Həmçinin, Türkiyə  Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilk səfərini Azərbaycana edirdi. Adətən ilk səfəri Azərbaycana edəndən sonra Şimali Kiprə gedirlər. Bu görüşü böyük hadisə adlandırmaq olar. Mustafa Şentop səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər də keçirtdi. Türkiyə ilə  həm regional, həm də beynəlxalq məsələlərdə əməkdaşlıq edirik. Parlament nümayəndələrinin birgə görüşü münasibətlərin inkişafına daha da töhfə verəcək”.

 

Qeyd edək ki, martın 6-da Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycana səfər edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı