Əlcəzairdə etirazlar davam edir.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, müxalifət qüvvələri Prezident Əbdüləziz Buteflikanın istefasını, hökumətin buraxılmasını, ölkədə keçid dövrünün elan olunmasını tələb edir.
Məlumata görə, 82 yaşlı Ə.Buteflika 5-ci dəfə prezidentliyə namizədliyini irəli sürdükdən sonra müxtəlif partiya və təşkilatlar arasında müzakirələr keçirilib.
Belə ki, bundan əvvəl hazırkı prezidentin ardıcıl beşinci dəfə namizədliyini irəli sürməsini qanunsuz hesab edən bir qrup hüquqşünas etiraz ərizəsini Konstitusiya Məhkəməsinə təqdim edib.
Qeyd edək ki, aprelin 18-də keçiriləcək prezident seçkilərində 20 ildir ölkəni idarə edən Ə.Buteflikanın namizəd olması paytaxt Əlcəzairdə geniş etiraz aksiyalarına səbəb olub.