Modern.az

Ağcabədi sakini bıçaqlandı

Ağcabədi sakini bıçaqlandı

Aktual

8 Mart 2019, 00:17

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Modern.az "Report"a istinadən xəbər verir ki, rayonun Hüsüllü kəndində yerli sakin Rey Rüstəmovla həmkəndlisi Elçin Verdiyev arasında mübahisə yaranıb.

 

Mübahisə zamanı E.Verdiyev R.Rüstəmovu bıçaqlayıb. Yaralı Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirirlər.

 

E.Verdiyev tutularaq istintaqa təhvil verilib. Rayon Polis şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 

Daha əvvəl Gəncədə iki qardaş bıçaqlanıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı