Modern.az

Tramp bu dəfə arvadını Ağ Evin qarşısında unutdu - VİDEO

Tramp bu dəfə arvadını Ağ Evin qarşısında unutdu - VİDEO

Aktual

8 Mart 2019, 12:36

ABŞ prezidenti Donald Tramp Çexiya baş naziri Andrey Babişlə görüşü zamanı növbəti dəfə tənqid hədəfinə çevrilib. 

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, amerikalı lider birinci ledi Melaniya Trampla birgə Ağ Evin girişində baş nazir və onun həyat yoldaşını salamlayıb. Birinci xanımlar qapının girişində birgə foto üçün dayansalar da, siyasətçilər dərhal iqamətgaha daxil olublar. 

 

Qadınlar bir-birilərinə baxaraq çiyinləri çəkib, onların ardınca iqamətgaha daxil olublar.

Bir çox sosial şəbəkə istifadəçisi Trampı bu addımına görə tənqid edib və ABŞ liderinin daha əvvəl də Melaniyanı unutduğunu xatırladıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz