Modern.az

8 Mart Cəbhə bölgəsində də qeyd olundu

8 Mart Cəbhə bölgəsində də qeyd olundu

Aktual

8 Mart 2019, 12:20

Horadiz şəhərindəki Muğam Mərkəzində 8 Mart Qadınlar günü münasibətilə tədbir keçirilib.
Modern.az-ın məlumatına görə, tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən qadınlar, şəhid anaları, imtiyazlı qadınlar iştirak ediblər.


Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramını bildiriblər. 


Tədbirdə icra başçısı Alı Alıyev danışıb, xanımları 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə təbrik edib.


Ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətindən danışan Alı Alıyev bildirib ki, hazırda Füzuli rayonunda təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini qadınlar təşkil edir. Son illər qadınlar rayonda dövlət qulluğunda, bələdiyyələrdə də uğurla təmsil olunurlar.


Alı Alıyev qeyd edib ki, respublikamızda qadınlarla bağlı siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkəmizdə ana, qadın adının həmişə uca tutulduğunu vurğulayan Alı Alıyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bütün qadınlara örnək olan ictimai-siyasi fəaliyyətindən bəhs edib.  


Tədbirdə çıxış edənlər respublikamızda və Füzuli rayonunda qadınlarla bağlı həyata keçirilən uğurlu dövlət siyasətindən, qadınlara göstərilən diqqət və qayğıdan bəhs ediblər.  

         
Tədbirdə qadınlara qızıl gül və qiymətli hədiyyələr təqdim olunub.    
Sonda Dövlət Dram Teatrının aktyorlarının ifasında tamaşa və incəsənət ustalarının ifasında bayram konserti təşkil olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı