Modern.az

Hadi Rəcəbli qadın seçicilərini təbrik etdi

Hadi Rəcəbli qadın seçicilərini təbrik etdi

Aktual

8 Mart 2019, 14:27

Milli Məclisin Əmək və Sosial-siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli, “8 Mart Beynəlxalq Qadınlar bayramı” münasibətilə Lənkəranda bir qrup qadın seçicilərilə görüşüblər.

 

Modern.az xəbər verir ki, onları bayram münasibətilə təbrik edən millət vəkili, qadınların cəmiyyətdəki rolundan, son illər ictimai-siyasi vəzifələrə qadınların irəli çəkilməsindən, ümumiyyətlə qadın-ailə münasibətlərindən geniş söhbət açılıb.

Son aylar möhtərəm prezidentimizin sosial-müdafiə istiqamətində atdığı geniş miqyaslı addımlar şərh edilmiş və bu görüş iştirakçıları tərəfindən minnətdarliq və razılıqla qeyd olunub.

Səmimi keçən görüşdə qadınlar ilk növbədə onlarla vaxtaşırı ünsiyyətdə olduğu üçün deputata təşəkkürlərini bildirmiş və cəmiyyətdə olan bəzi qayğılarını bölüşüblər.

Sonda deputat görüşdə iştirak edən qadınlara bayram hədiyyələri təqdim etmiş və xatirə şəkli çəkdiriblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı