Şəmkir rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Əliyaqublu kəndi ərazisində qeydə alınıb.
Belə ki, minik və yük avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 4 nəfər ağır yaralanıb.
Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.