Modern.az

Qaxda mikroavtobus yük avtomobili ilə toqquşdu

Qaxda mikroavtobus yük avtomobili ilə toqquşdu

Aktual

9 Mart 2019, 00:17

Qaxda mikroavtobus yük avtomobili ilə toqquşub.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 84-cü kilometrliyində, yolun Qax rayonunun Qıpçaq kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Balakəndən Bakı istiqamətində hərəkətdə olan Balakən rayonu Talalar kənd sakini, 1977-ci il təvəllüdlü Səməd İslam oğlu Qurbanovun idarə etdiyi 99-EB-033 dovlət qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobili ilə Yevlaxdan Balakən istiqamətində hərəkətdə olan 34-BD-566 dövlət qeydiyyat nişanlı "QAZel" markalı mikroavtobus toqquşub.

 

Nəticədə "QAZel" də olan 1 nəfər ölüb. Hadisə zamanı daha 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparılır.

 

Daha əvvəl Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı