Modern.az

“Ermənistandakı tədbirə getməyəcəyik” – Eldar Quliyev

“Ermənistandakı tədbirə getməyəcəyik” – Eldar Quliyev

Aktual

11 Mart 2019, 09:03

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev martın 5-6-da Türkiyənin İstanbul şəhərində baş tutan tədbirə qatılıb.

 

Deputat qurumun İşçi Qrupunun görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşmüşdü.

İstanbul səfərindən geri dönən Eldar Quliyev Modern.az-a açıqlamasında səfərin yekunları barədə danışıb.

“Səfər çox məhsuldar keçdi. Bunun davamı olaraq iyunun 19, 20, 21 tarixlərində  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 53-cü iclası Bakıda keçiriləcək".

 

O bildirib ki, iyuna qədər komitənin iclasları fərqli ölkələrdə keçiriləcək.  

"Birinci iclas mədəniyyət komitəsinin iclasıdır ki, Yerevanda olacaq və biz o tədbirə qatılmayacağıq. İkinci tədbir Gürcüstanda, üçüncü tədbir isə Moldovada baş tutacaq.

 

Bu tədbirlərin yekunu olaraq 53-cü sessiya Bakıda keçiriləcək”.

  

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı