Modern.az

Məşhur azərbaycanlı alimin məqaləsi “The Jakarta Post” qəzetində

Məşhur azərbaycanlı alimin məqaləsi “The Jakarta Post” qəzetində

Aktual

11 Mart 2019, 16:55

Məşhur azərbaycanlı alim, kimya elmləri doktoru, professor Səid İrandostun "Dünyadakı dördünücü sənaye inqilabında insan resursu üçün  əhəmiyyətli cəhətlər" adlı elmi-publisitik  mövzuda daha bir yazısısı işıq üzü görüb.

Modern.az xəbər verir ki, yazı İndoneziyanın  www.thejakartapost.com  qəzetində  çap olunub.


İndoneziya Prezidenti Coko Vidodo  2030-cu ildə dünyanın  Qlobal iqtisadi xəritəsində iştirak etmək üçün  "Dördüncü  sənaye inqilabı   4IR adlı proqram layihəsi irəli sürüb. Bu layihənin şərtlərində göstərilir ki, İndoneziya 2030-cu ildə  dünyanın  iqtisadi cəhətdən sənaye sahəsində  inkişaf etmiş ilk onluğuna düşmək fikrindədir.

İnnovasiya texnologiyaları sahəsində böyük elmi yeniliklərin  müəllifi olan  Səid İrandost yeni İndoneziyanın ingilisdilli dövlət dərgisində yazdığı məqaləsində 2030-un hədəfinə çatmağın yollarından bəhs edir.  Buna görə 5 əsas texnologiya: İnternet, süni intellekt, -insan-maşın interfeysi,  əmək texnologiyası cə sensor texnologiyanın, həm də 3D çapının əhəmiyyətindən bəhs edir. Qeyd edir ki,  İndoneziyanın  həyata keçirəcəyi strategiya  5 prioritet mövzuda ümumiləşir: yeyinti məhsulları və içkilər, avtomobil nəqliyyatı tikintisi, tekstil, elektrotexnika və kimya sənayesi.

Professor S.İrandost qeyd edir ki, bu məqsədlərə çatmaq üçün  unutmaq olmaz ki, XXI əsr nanotexnologiyalar, biotexnologiyala, informasiya texnologiyası və  konqnitiv texnologiyalar (NBIC) əsridir. Bu texnologiyalara dərindən yiyələnməklə insan öz gələcəyini və inkişafını təmin etmiş olacaq, deməli  gələcək 10-20 il ərzində  insan həyatı daha da təkmilləşərək, yaxşıya doğru dəyişməlidir.

İqtisadi yetkinliyə çatmağın yollarından bəhs edən, alim öz məqaləsində qeyd edir ki, 2010-cu ildə  ABŞ-ın  NBIC fondu  insanların və cəmiyyətin inkişafı üçün gələcək onilliyin modelini belə hazırlayıb:

-- Müxtəlif peşə sahibi olan insanlar öz yaradıcılıqlarını insan təfəkkürü və anlayışına uyğun quraraq, əməkləri müqabilində müküfatlanacaqlar.  Formal təhsildən müxtəlif və geniş əhatəli, həm də bir təhsil sisteminə keçiriləcək. Bunun üçün ilk əvvəl insan öz düşüncələrində  fiziki aləmi anlamalıdır.

-- Ayrı- ayrı şəxslər və komandalar ənənəvi baryerləri aşaraq, mədəniyyətlə, dillə, goğrafi doistansiyaları aradan götürməklə, elmlə, peşəkar qabiliyyətlə, beynəlxalq aləmdə əməkdaşlığa üstünlük verməlidirlər.

-- Hər hansı bir məlumatın ötürülməsində, yayılmasında həm də milli təhlükəsizlik , kəşfiyyat məlumatları, biloji müharibələr, kimyəvi və nüvə hücumları kimi  sistemlər haqqındakı məlumatlar  təhlükəsiz şəbəkələrlə ötürüldükdə qorunmalıdır.

--Eyni zamanda  alimlər  yeni texnologiyalarla elmin müxtəlif sahələrində insanların , heyvanların , kənd təsərrüfatı məhsullarının genetikasının insanların  rifahı naminə qorunmasına çalışmalıdırlar.

--Hər bir  insanın əmək fəaliyyəti insan faktoruna, insanın sağlam yetişməsinə yöndəldilməli, rifahının yaxşılığını təmin edilməsi üçün əmək sərf edilməlidir.

--Elə  bir səhiyyə sistemi qurulmalıdır ki, zəifləmiş və ya xəstələnmiş insan bədəni müalicəyə tez yönəlsin və artıq stress və küskünlük yaradan amillər aradan qaldırılsın.

-- Yeni  10 illikdə insanlar daha çox ekoloji təmiz məhsullarla qidalanmalıdırlar.

--Nəqliyyat təhlükəsizyi və təhlükəsiz nəqliyyat , nəqliyyat xərcləri  ucuz və informasiya texnologiyalarına uyğunlaşdırılmış  real vaxt ilə  üst-üstə düşməlidir.Eyni zamanda  nəqliyyat sistemləri yeni və komfortlu yüksək texnologiyalara cavab verən və effektli qurulmalıdır.  


Professor Səid İrandost məqaləsində qeyd edir ki,  bu mərhələdə   NBIC dən istifadə olunmazsa, o  qazancın və əldə olunan gəlirin bölüşdürməsində  yaranan hərc mərcliklər baş verə bilər, belə hallar da  qlobal təhlükəsizliyin əsas sosial  risklərindəndir. Bu gün yeni texnologiylar dünyaya yad və qorxulu görünə bilər, çünki insanlar bunlarə qəbul etməyə tam hazır deyillər. Ona görə də insan rasional düşüncəsinə yeni meyyləri yeritmək üçün  mütləq mənəvi, hüquqi, və etik çərçivələrdə yeni yanaşma tərzi hazırlanmalı və həyatın hər sahəsində  tətbiq olunmalıdır. Belə yanaşma isə  insanı müdrikləşdirəcək və mənəvi borcunu yerinə yetirmək məsuliyyəti yaradacaq.

“Biz NBIC-yə uyğun olan yeni insan  yaratmalıyıq. O insan ki,  inteqrasiyaya uyğunlaşa biləcək, bir neçə sahədə öz biliklərini tətbiq edə biləcək. Buna görə də həyatın bütün sahələrində təhsil mühüm rol oynamalıdır. Yeni  işçi qüvvəsini yaradan universitetlər əmək bazarında  yeniliklərin tətbiqini gətirməlidir, elə bir sistem ki, münasibətlərdə bərabərlik yaratsın.

Bu gün İndoneziyanın universitetləri 4IR texnologiyalarını  genişləndirir, bunun əsasında da XXI əsrdə təhsilin və əməyin yeni iş yerləri yaratması fikrini bir daha əməli işdə tətbiq edirlər".

Tirajı 100 mindən artıq olan  //www.thejakartapost.com  qəzetində həmyerlimiz Səid İrandostun məqaləsi geniş marağa  və müzakirələrə səbəb olub . Xatıqladaq ki, Səid İrandost bu qəzetdə çıxan məqalələrinin qonorarını da  xeyriyyə fonduna köçürür.


Aida Eyvazlı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı