Modern.az

“Dövlətqaçqınkom”un sədri: “Biz hələ ki ağır şəraitdə yaşayanları köçürürük  

“Dövlətqaçqınkom”un sədri: “Biz hələ ki ağır şəraitdə yaşayanları köçürürük   

Aktual

15 Mart 2019, 12:20

“Bayıl sürüşmə zonasında yaşayan məcburi köçkünlərin köçürülməsi məsələsi gələcəkdə mümkün ola bilər. Həmin insanların indiki zamanda köçürülməsi ilə bağlı rayon icra hakimiyyəti qərar verməlidir”.

Modern.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib. Komitə sədrinin sözlərinə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hazırda ağır şəraitdə yaşayanları köçürür:

“Demək olar ki, gələcək mərhələdə Bayıl sürüşmə zonasında yaşayanların da köçürülməsi mümkün ola bilər. Bununla bağlı rayon icra hakimiyyəti qərar verməlidir”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı