Martın 26-da Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi "Diqlas" ticarət mərkəzində baş verən yanğında ümumilikdə 13 nəfər xəsarət alıb.
Bunu Modern.az-a Səhiyyyə Nazirliyinin (SN) mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.
S.Əhmədovanın sözlərinə görə, xəsarət alanların əksəriyyəti Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları olub:
“8 nəfəri FHN-nin əməkdaşıdır, 1 nəfər polis, 2 nəfər sahibkar, 2 nəfər də ticarət mərkəzinin mühafizəçisi olub.Onlardan 12 nəfərinin hamısına yerində yardım göstərilib. 1 nəfər əl kəsiyi diaqnozu ilə xəstəxanaya çatdırılıb”.
Nazirlik rəsmisi həmin xəstənin vəziyyətinin stabil olduğunu, bu gün evə buraxılacağını qeyd edib.