Modern.az

Salyanda keçmiş məhkumdan heroin və qanunsuz silah götürüldü

Salyanda keçmiş məhkumdan heroin və qanunsuz silah götürüldü

Aktual

27 Mart 2019, 20:41

Ötən gün Salyan rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı əvvəllər dəfələrlə narkotik maddələrin qanunsuz dövriyyyəsinə görə məhkumluq həyatı yaşamış 41 yaşlı Salyan şəhər sakini Mais Sabir oğlu Əliyev saxlanılıb.

Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, onun üzərinə baxış keçirilərkən iki ədəd sellofan torbada bükümlərə ayrılmış, ümumi çəkisi 5,144 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

 

Mais Əliyevin yaşadığı evə keçirilən baxış zamanı isə qanunsuz saxlanılan qundağı kəsik odlu silah, 14 ədəd patron və sandığ darağı aşkar edilib.

 

Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi qaldırılaraq araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı