Modern.az

Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin maaşı artırıldı

Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin maaşı artırıldı

Aktual

29 Mart 2019, 12:53

Milli Məclisin bugünkü iclasında Konstitusiya Məhkəməsinin hakimlərinin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutan layihə müzakirə edilib.

 

Modern.az xəbər verir ki, “Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2-ci bəndi yeni redaksiyada verilib:

 

“Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına (2 475) bərabərdir.

 

Hazırki bənd isə belədir:

 

“Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2 335 manatdır”.

Qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə də dəyişiklik olunub.

Əlavəyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

 

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevdir. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı