Modern.az

Un və çörəklə bağlı vergi güzəştlərinin müddəti artırıldı

Un və çörəklə bağlı vergi güzəştlərinin müddəti artırıldı

Aktual

29 Mart 2019, 12:57

Milli Məclisin iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.

Modern.az-ın məlumatına görə, dəyişikliyə əsasən, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq. Yəni, vergidən azadetmə 2020-ci ili də əhatə edəcək.

Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə də "kəpəyin istehsalı və satışı - 2019-cu il martın 1-dən 2 il müddətinə" sözləri əlavə olunub.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Xatırladaq ki, 2016-cı ildən Azərbaycanda buğda idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı ƏDV-dən azad olunub. 2017-ci ildə vergidən azad etmə 4 il müddətinə uzadılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı