Modern.az

Elçin Quliyev: ”Cənab Prezident növbəti dəfə humanistlik göstərdi”

Elçin Quliyev: ”Cənab Prezident növbəti dəfə humanistlik göstərdi”

Current

31 Mart 2019, 11:55

“Bir neçə gün əvvəl “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində həmin ticarət mərkəzinə və orada çalışan sahibkarlara böyük maddi ziyan dəyib. Baş vermiş hadisə cənab Prezidentimiz tərəfindən dərhal ciddi nəzarətə götürülərək? müvafiq tapşırıqlar verilib. Zərərçəkmiş insanlarla görüş keçirilib, dəymiş ziyanın dövlət tərəfindən qarşılanacağı barədə məlumat verilib”.

Bunu Modern.az-a açıqlamasında deputat Elçin Quliyev deyib. 


O bildirib ki, bu, prezident İlham Əliyevin növbəti humanist addımıdır: 


“Cənab Prezidentimiz İlham Əliyevin humanist addımı, bir daha sübut etdi ki, o, hər bir Azərbaycan vətəndaşının yanındadır. Bildiyimiz kimi, həmin hadisə ilə bağlı cinayət işi açılıb və hüquq-mühafizə orqanları tərəfindən istintaq başlanıb. İstintaq təqsirli şəxsləri və işin bütün hallarını müəyyən edəcəkr. Cənab Prezidentimiz ziyan çəkmiş sahibkarlara kompensasiyanın ödənilməsi üçün 3 milyon manat pul vəsaitinin İqtisadiyyat Nazirliyinə ayrılması barədə sərəncam imzalayıb. Bu da dövlət başçısının humanist siyasətindən irəli gəlir. Bu hadisə nəticəsində zərər çəkmiş sahibkarlara yüksək humanizm və həssaslıq nümayiş etdirdiyinə görə cənab Prezidentə öz adımdan və seçicilərimin adindan təşəkkürümü bildirirəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı