“GUAM Parlament Assambleyasının nümayəndə heyətinin müşahidə qrupunun üzvü olaraq iştirak etdiyimiz bütün məntəqələrdə seçkilərin normal keçdiyini deyə bilərəm. Belə deyək də, seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı qanun pozuntusu ilə rastlaşmadıq”.
Bunu Modern.az-a açıqlamasında GUAM Parlament Assambleyası nümayəndə heyətinin tərkibində Ukraynadak prezident seçkilərini müşahidə edən Azər Kərimli deyib.
Deputat bildirib ki, ümumilikdə seçkilərdə aktivlik çox yüksək idi.
“İştirak etdiyimiz bütün məntəqələrdə gördüyümüz mənzərəyə əsasən deyə bilərik ki, Ukraynada seçkilər azad və demokratik keçib”.
Azər Kərimlinin sözlərinə görə, ikinci turda kimin qalib olacağı bilinəcək.
“Seçkilərin ikinci turu olacaq. Hələ ki, Vladimir Zelenski 30,2% səslə liderliyini qoruyub saxlayır. İkinci pillədə Pyotr Poroşenko qərarlaşıb. Aprelin 22-də seçkilərin ikinci turunda kimin qalib olacağı bilinəcək”
Qeyd edək ki, dünən Ukraynada prezident seçkilərinin birinci turu keçirilib.
Ukraynada keçirlimiş prezident seçkilərində səsvermə bülletenlərinin 35,47%-nin sayılmasından sonra Vladimir Zelenski 30,22% səslə irəlidədir. İkinci yerdə gələn hazırkı prezident Petro Poroşenko hələ ki 16,69% səs, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko isə 13,14% səs toplaya bilib.
İkinci turda Vladimir Zelenski və Pyotr Poroşenko mübarizə aparacaq.