Modern.az

Fuad Muradov gürcü nazirlə görüşüb

Fuad Muradov gürcü nazirlə görüşüb

Aktual

2 Aprel 2019, 17:45

Aprelin 2-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə nazir müavini Lia Qiqauri, vətəndaş bərabərliyi üzrə departamentin rəis müavini Eliso Lomidze, nazirin Kvemo-Kartli üzrə nümayəndəsi Ayaz Məmmədov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev iştirak ediblər.

Tərəflər iki qurum arasındakı mühüm məsələləri müzakirə edərək qarşılıqlı fikir mübadiləsi aparıblar.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı