Modern.az

Vətəndaşlar mineral kübrəni 70 faiz güzəştlə əldə edəcək

Vətəndaşlar mineral kübrəni 70 faiz güzəştlə əldə edəcək

Aktual

2 Aprel 2019, 20:01

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışını aprelin 3-də Xızı rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında keçirəcək.

Modern.az Nazirliyə istinadən xəbər verir ki, bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.

 

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərlər.

 

Səyyar satış barədə ətraflı məlumat almaq üçün DAİM-in müdiri Mirzəyev Vidadi (+994 55 671 24 44) ilə əlaqə saxlaya bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı