Modern.az

Dünya əhalisinin sayı 7,7 milyarda çatıb

Dünya əhalisinin sayı 7,7 milyarda çatıb

Aktual

2 Aprel 2019, 20:16

Dünya əhalisinin sayı 2019-cu ildə 7,7 milyarda çatıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT hesabatında məlumat verilib.

Məlumata görə, 2050-ci ilə qədər isə bu rəqəm daha 2 milyard arta bilər.

 

Hesabatda bildirilir ki, əhalinin artım tempi azalsa da, davam edir. XXI sərin sonuna qədər planetdə 11 milyard əhalinin yaşayacağı proqnozlaşdırılır.

 

Hesabata əsasən şəhər əhalisinin sayı yaxın 30 ildə hazırki 56 faizdən 68 faizə qədər artacaq. Hazırda orta ömür müddəti 72,3 ildirsə, 2030-cu ilə qədər bu göstərici 74,3 il olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı