Modern.az

“Qələbəmizlə yanaşı, kədər hissi də var” – Səməd Seyidov

“Qələbəmizlə yanaşı, kədər hissi də var” – Səməd Seyidov

Aktual

3 Aprel 2019, 16:29

Milli Məclisdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun iclası keçirilir.

 

Modern.az-ın məlumatına görə, Qrupun həmsədri, Milli MəclisinBeynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov öncə iclasın keçirilmə vaxtının arpel döyüşlərinin 3-cü ildönümü günləri ilə üst-üstə düşdüyünü bildirib.

 

“Aprel ayı tariximizə şanlı və qızıl hərflərlə yazılmış tarixdir. 4 günlük müharibə ilə həm dünyaya, həm də işğalçılara bir daha bəyan etdik ki, torpaqlarımız işğaldan azad olunacaq. Biz həmin günlərdə dünyaya mesaj vermiş olduq ki, torpaqlarımızın işğalı ilə razılaşmırıq və heç zaman da razılaşmayacağıq. Qarabağ və ona bitişik işğal altında olan ərazilər bizimdir və daim bizim olacaq. Bir azərbaycanlı, millət vəkili olaraq fəxr edirəm”.

 

İşçi Qrupun həmsədri aprel döyüşləri ilə bağlı danışarkən kədər hissini də qeyd edib. “Qələbəmizlə yanaşı, kədər hissi də var. Azərbaycanın qəhrəman oğulları şəhid oldular. Onların hər biri vətən uğrunda öz canlarından keçiblər. Ali Baş Komandanın əmrini sonuna kimi yerinə yetirdilər. İclasdan istifadə edərək həlak olmuş, canlarından keçmiş əsgərlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı