Modern.az

Məktəbdən intihar edən şagirdlə bağlı açıqlama – “Çox kədərlənirik...”

Məktəbdən intihar edən şagirdlə bağlı açıqlama – “Çox kədərlənirik...”

Aktual

6 Aprel 2019, 14:49

Aprelin 4-də III mərtəbədən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri almış VIII sinif şagirdi təəssüflər olsun ki, aprelin 6-da müalicə olunduğu 1 saylı Şəhər Klinik Xəstaxanasında vəfat edib.

Bu haqda Modern.az-a 162 nömrəli tam orta məktəbdən verilən məlumatda bildirilib.

 

Məktəbin müəllim və şagird kollektivi şagirdin vəfatı ilə bağlı kədərləndiklərini bildirir, dərin hüznlə başsağlığı verib.

 

Bakıda aprelin 4-də 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb.

 

Məlumata görə, qızın atası ilə anası ayrılıb. Anası daha sonra ailə həyatı qurub. Şagird də anası və atalığı ilə birgə Yasamal rayonunda kirayədə yaşayıb. 8-ci sinif şagirdi daha əvvəl 49 saylı məktəbdə təhsil alıb, oradan 203 saylı məktəbə keçib.

 

Ötən ilin noyabr ayında isə 162 saylı məktəbdə təhsilini davam etdirib. Onların ailəsi polis idarəsində problemli ailə kimi qeydiyyatda olub. Bir müddət öncə 14 yaşlı qızın müəyyən hərəkətlərinə görə direktor tərəfindən icra hakimiyyətinə müraciət olunub və ailə qeydiyyata alınıb. 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı