“Kitab və çap məhsulları vergidən azad edilməlidir”.
Modern.az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşü zamanı bəziləri atalarına heykəl qoyulmasını, adlarına küçə verilməsini istəyiblər:
“Heç kim kitab və çap məhulları sahəsində 18 faiz əlavə dəyər vergisinin ləğv olunmasını təklif etmədi. Gürcüstan belə bu vergini ləğv edib”.
Deputat yaradıcı insanların problemləri qaldırılmalı olduğunu vurğulyaıb:
“Məsələn, mən demirəm ki, Musa Yaquba, Ramiz Rövşənə niyə xalq şairi, Süleyman Abdullayevə xalq artisti adı verilmir. Ancaq bu gün Musa Yaqub ağır durumdadır, o, yardım istəyir, ona kimsə yardım etmir. Amma ölkənin həyatında rolu olmayan yüzlərlə adama yardım edilir. Biz yaradıcı insanlara zamanında dəyər verməliyik. Prezident yaradıcı insanlarla görüşür, ictimai məsələlər kənarda qalır, şəxsi problemlərini önə çəkirlər”