Modern.az

“Qarabağ məsələsində Azərbaycanın mövqeyi güclənib”

“Qarabağ məsələsində Azərbaycanın mövqeyi güclənib”

Aktual

9 Aprel 2019, 13:35

“Azərbaycanın 1 ildə dövlət büdcəsinin artımı 2.8 milyard dollardır. Qonşu işğalçı Ermənistanın illik büdcəsi 2.8 milyard dollardır. Yəni Azərbaycanın sosial iqtisadi inkişafı cənab prezidentin apardığı siyasətin ana xəttidir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə Parlamentin bu gün keçirilən iclasında deyib.

 

O söyləyib ki, bu gün Azərbaycanda bütün sahələrdə inkişaf görə bilərik.

 

Bildirib ki, regionların sosial iqtisadi inkişafı ilə bağlı III Dövlət Proqramı yerinə yetirilib, IV Dövlət Proqram yüksək göstəricilərlə qəbul olunub.

 

Aydın Mirzəzadə deyib ki, Azərbaycanın xarici siyasətlə bağlı uğurları göz qarşısındadır: “Avropa Parlamenti, Avropa Birliyinin rəsmiləri Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı öz bəyanatlarını verdilər. Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyi kifayət qədər güclənib. Azərbaycanın prinsipial mövqeyi Ermənistan tərəfindən də qəbul olunur. Onların səylərinə baxmayaraq, danışıqlar Azərbaycan və Ermənistan arasında aparılacaq”.

 

Parlament üzvü qeyd edib ki, bu ildən başlayaraq, həm müxtəlif struktur islahatlarının keçirilməsi, eyni zamanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir–birinin ardınca çox möhtəşəm proqramların qəbul edilməsi, cənab prezidentin dövlət başçısı kimi vəzifəsinin öhdəsindən layiqincə gəldiyini göstərir: “Bu günlərdə Azərbaycanın 10 milyonuncu sakininin anadan olması eyni zamanda ölkəmizin sosial inkişafının vətəndaşlarımızın öz ölkəsinə bağlılığını göstərir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı