Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında növbəti “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə start verilir.
Modern.az xəbər verir ki, qaliblər müsabiqənin sponsoru olan “Kapital Bank” ASC tərəfindən pul mükafatı qazanacaqlar. Müsabiqədə 1-ci yer 2000 AZN, 2-ci yer 1500 AZN, 3-cü yer 1000 AZN mükafat əldə edəcək.
Finala çıxan komandalara Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 3 günlük mentorluq və digər təlimlər keçiriləcək.
“Made in Azerbaijan” biznes ideya müsabiqəsinin qrafiki aşağıdakı kimidir:
Biznes ideyalar təqdim edilməsi barədə tələblər:
Biznes ideyaları 5 may 2019-cı il tarixinə qədər [email protected] e-mail ünvanına göndərilə bilər.
Müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan Respublikasının Prezindenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.