Premyer Liqada səfərdə “Mançester Yunayted”i 2-0 məğlub edən “Mançester Siti”nin baş məşqçisi Qvardiola oyundan sonra çempionluq haqqında açıqlamalar verib.
“Bu oyunda qələbə qazandıq, amma indi “Börnli” ilə oyunumuz var. Bunun nə qədər çətin olacağını bilirik. Buna görə də təmkinli olmalıyıq, çünki hələ çempion deyilik. İki klubda çempionluğu haqq edir, çünki hər ikimiz inanılmaz xallar yığdıq”.
Sonda “Liverpul”dan daha şanslı olduqlarını deyən baş məşqçi “ötən mövsüm çempionatda 100 xal yığdıq. Bu mövsümdə “Liverpul” səviyyəsini yüksəltdi və yarışa daxil oldu. Onlar inanılmaz işlər görürlər, amma hər şey bizim əlimizdədir”.
Qeyd edək ki, sona 3 həftə qalmış “Mançester Siti” 89 xal ilə “Liverpul”un 1 xal önündə liderdir.
Novruz NOVRUZLU