Avropanın 10 böyük liqasında davam edən ən uzun məğlubiyyətsizlik seriyasına sahib klublar sırasında 21 matçla “Barselona” və “Şaxtyor (Donetsk) önə çıxır. “Qalatasaray” Portuqaliyadan “Benfika” ilə birlikdə bu iki klubu izləyir. 5-ci sırada isə İngiltərdə “Mançester Siti” ilə çempionluq mübarizəsi aparan “Liverpul”dur. “Liverpul” 14 həftədir məğlub olmur.
Modern.az-ın məlumatına görə, məğlubiyyətsizlik oyunların sıralaması aşağıdakı kimidir:
“Barselona” - 21 “Şaxtyor” - 21 “Qalatasaray” - 15 “Benfika” - 15 “Liverpul” – 14Novruz NOVRUZLU