Modern.az

“Xaricdən mütəxəssis dəvət etməyə ehtiyac yoxdur” – Deputat etiraz etdi

“Xaricdən mütəxəssis dəvət etməyə ehtiyac yoxdur” – Deputat etiraz etdi

Aktual

26 Aprel 2019, 15:46

“Azərbaycanda sığorta ilə bağlı ən ciddi problem dəyə biləcək zərərlərin qiymətləndirilməsidir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Aqrar sığorta haqqında” qanun layihəsinin müzakirəsində bildirib.

Deputat deyib ki, Azərbaycanda kifayət qədər qiymətləndirmə mütəxəssisi var:

“Odur ki, sığorta ilə bağlı zərərlərin qiymətləndirilməsi üçün xaricdən mütəxəssis dəvət etməyə ehtiyac yoxdur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...