Modern.az

Dumanlı hava nə zamana qədər davam edəcək?   

Dumanlı hava nə zamana qədər davam edəcək?   

Aktual

8 May 2019, 10:51

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi Bakıda və Abşeron yarımadasında gecə saatlarından başlanan duman hazırda davam edir.

 

Modern.az xəbər verir ki, Abşeron yarımadasında görünüş hazırda 500-600, bəzi yerlərdə 200 metrədək məhdudlaşıb. Nisbi rütubət 86-88 faiz təşkil edir.

 

Qeyd edək ki, hava şəraitini azqradiyentli nisbətən alçaq təzyiq sahəsi təyin edir və əsən cənub, cənub-şərq istiqamətli zəif külək dənizdən rütubətli hava kütlələrinin  quruya doğru hərəkətini təmin edir.

 

Bu gün günorta saatlarında küləyin sürəti bir qədər artacaq və bu səbəbdən dumanın tədricən çəkiləcəyi gözlənilir, lakin gecəyə doğru yenidən duman olacağı ehtimalı var.

 

Bildiririk ki, dumanlı hava şəraiti ilə əlaqədar öncədən müvafiq təşkilatlara xəbərdarlıq ünvanlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı