Modern.az

“Qarabağ”  əcnəbi qolkiper transfer edəcək

“Qarabağ”  əcnəbi qolkiper transfer edəcək

Aktual

8 May 2019, 11:01

Cənubi Afrika Respublikası millisinin qolkiperi Darren Kit karyerasını “Qarabağ”da davam etdirə bilər.



Modern.az xaric KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı qolkiper "Qarabağ"ın diqqət mərkəzindədir. "Bidvest Vits" klubunda çıxış edən qolkiperlə 2 ay öncədən “Qarabağ”ın maraqlandığı iddia edilib.

Mövsümün sonunda klubuyla müqaviləsi bitəcək olan Kit klubdan ayrılmaq istəyir. Kit “Bidvest Vits”lə yeni müqavilə imzalamğa razılq vermədiyi üçün məşqçi onu son 5 görüşdə ehtiyatda saxlayıb. O çempionatın  sonuncu turundan sonra "Bidvest Vits"i tərk edəcəyi gözlənilir. 2013-cü ildən milliyə çağırılan Darren Kit 8 oyun keçirib



Qeyd edək ki,  əvvələr CAR millisinin forvardı Dino Ndlovu “Qarabağ”da çıxış edib.

 

Novruz NOVRUZLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı